Yuxarı
    Bağlamaq

    ​İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni sədr seçilib

    Yeni sədr Standard Insurance şirkətinin başçısıdır

    Bakı. 20 dekabr. REPORT.AZ/ "Standard Insurance" sığorta şirkəti İdarə Heyətinin sədri Aydın Rəhmanov İcbari Sığorta Bürosu Himayəçilər Şurasının sədri seçilib.

    “Report”un verdiyi xəbərə görə, bununla bağlı qərar İSB-nin Himayəçilər Şurasının iclasında qəbul olunub.

    Qeyd edək ki, A.Rəhmanov bundan əvvəl İSB-nin Himayəçilər Şurasının sədri olan və öz ərizəsi əsasında səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Kamal İbrahimovun yerinə seçilib. K.İbrahimov 2006-2008-ci illərdə Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının sədri olub, 2011-ci ildən etibarən İSB-nin Himayəçilər Şurasının sədri vəzifəsində çalışıb. Hazırda "Standard Insurance" ASC-nin Direktorlar Şurası və "Bank Standard" QSC-nin Müşahidə Şurasının sədridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi