İcbari Sığorta Bürosu xəbərdarlıq yayıb

İcbari Sığorta Bürosu xəbərdarlıq yayıb Yalnış daxil edilmiş PİN-kodların olması növbəti ildə sığortalıların Bonus-Malus sinfinin düzgün təyin olunmaması ilə nəticələnir
Maliyyə
9 İyun , 2015 10:41
İcbari Sığorta Bürosu xəbərdarlıq yayıb

Bakı. 9 iyun. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) informasiya sistemində şəxsiyyət vəsiqəsinin PİN-kod xanasında “O” və “İ” hərflərinin istifadəsinə məhdudiyyət qoyub. Bu barədə "Report"a İSB-nin mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasına görə, vətəndaşın şəxsiyyət vəsiqəsində “O” və “İ” hərfləri deyil, müvafiq olaraq “0” və “1” rəqəmlərindən istifadə olunur: "Lakin sığorta agentləri tərəfindən bir çox hallarda informasiya sistemində sığorta müqavilələrinin rəsmiləşdirilməsi zamanı PİN-kod nömrələri səhv daxil edilir. Sistemdə belə yalnış daxil edilmiş PİN-kodların olması növbəti ildə sığortalıların Bonus-Malus sinfinin düzgün təyin olunmaması ilə nəticələnir".

İSB bununla əlaqədar olaraq sığorta şirkətlərindən, sığortalıların sığorta müqaviləsinin yenilənməsi zamanı Bonus-Malus sinfinin təyin edilməsi ilə bağlı uyğunsuzluq aşkar etdikləri halda [email protected] elektron poçt ünvanına məktubla müraciət etmələrini xahiş edir.

Son xəbərlər

Orphus sistemi