İcbari Sığorta Bürosu iş qrafikini dəyişib

İcbari Sığorta Bürosu iş qrafikini dəyişib İSB iki ay ərzində fərqli qrafiklə çalışacaq
Maliyyə
1 May , 2015 14:42
İcbari Sığorta Bürosu iş qrafikini dəyişib

Bakı. 1 may. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar İcbari Sığorta Bürosu (İSB) mayın 1-dən iyulun 1-nə kimi xüsusi iş rejimində fəaliyyət göstərəcək.

"Report" İSB-yə istinadən xəbər verir ki, adi iş günlərindən fərqli olaraq işçilər işə daha tez başlayıb, iş gününü daha tez yekunlaşdıracaqlar. İşçilərin 50%-i üçün iş vaxtı saat 08:00-dan başlayıb, saat 17:00-da, digər 50%-i üçün isə 08:30-da başlayıb 17:30-da bitəcək.

Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabineti I Avropa Oyunlarına görə nəqliyyatda sıxlığın qarşısını almaq məqsədilə dövlət və qeyri-dövlət qurumlarında iş rejimini dəyişmək barədə qərar verib. Avropa Oyunları bitdikdən sonra müəssisələr adi iş rejiminə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi