Məlumata görə, sığorta ödənişi bu ilin yanvarın 1-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 219-cu km-də baş vermiş yol-nəqliyyat hadisəsində iki ailə üzvünün vəfatı, digər bir ailə üzvünün isə sağlamlığına az ağır dərəcəli bədən xəsarəti alması ilə əlaqədar adı açıqlanmayan şəxsə verilib.
Ödəniş oktyabrın 31-də poçt vasitəsi ilə köçürülüb.