Honkonqda koronavirusa görə vətəndaşlara maddi yardım veriləcək

Honkonqda koronavirusa görə vətəndaşlara maddi yardım veriləcək Siyasi qeyri-müəyyənlik yaşanan və koronavirusla mübarizə aparan Honkonq hökuməti iqtisadi aktivliyi artırmaq və vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaq üçün birdəfəlik maddi yardım paketi hazırlayıb.
Maliyyə
26 Fevral , 2020 13:34
Honkonqda koronavirusa görə vətəndaşlara maddi yardım veriləcək
nytimes

Siyasi qeyri-müəyyənlik yaşanan və koronavirusla mübarizə aparan Honkonq hökuməti iqtisadi aktivliyi artırmaq və vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaq üçün birdəfəlik maddi yardım paketi hazırlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hazırlanan maddi yardım paketi ümumilikdə,  15,4 milyard ABŞ dolları həcmində olacaq.

Maliyyə naziri Paul Çan bildirib ki, büdcə paketində 18 yaşdan yuxarı bütün vətəndaşlara 10 min Honkonq dolları (təxminən 1 284 ABŞ dolları) birdəfəlik maddi yardım veriləcək: “Bundan başqa, 2020-2021 maliyyə ilində büdcə kəsirinin rekord səviyyəyə 139,1 milyard Hong Kong dollarına (təxminən 17,851 milyard ABŞ dolları) çatacağını proqnozlaşdırırıq”

Qeyd edək ki, ötən il Çinin Honkionqun daxili işlərinə qarışmasına qarşı baş verən nümayişlərdən sonra, ölkə iqtisadiyyatı son 10 ildə ilk dəfə resesiyaya girmişdi. İqtisadçılar isə koronavirus epidemiyasının ortaya çıxması ilə bu ildə daralmanın davam edə biləcəyini proqnozlaşdırırlar.

P.Çan qeyd edib ki, çətin iqtisadi şəraitdə geniş pul siyasəti aparacağıq, məqsədimiz şirkətləri və iqtisadiyyatı dəstəkləməklə vətəndaşların yükünü azaltmaqdır: ”Bu il üçün ölkə iqtisadi artım tempinin 0,5%-1,5% aralığında proqnozlaşdırırıq”.

Son xəbərlər

Orphus sistemi