Honkonq son 15 ildə ilk dəfə büdcə kəsiri ilə üzləşə bilər

Honkonq son 15 ildə ilk dəfə büdcə kəsiri ilə üzləşə bilər Kütləvi etirazlar səbəbindən cari maliyyə ilində iqtisadi vəziyyətin pisləşdiyi şəraitdə Honkonq büdcə kəsiri ilə üzləşə bilər.
Maliyyə
2 Dekabr , 2019 11:42
Honkonq son 15 ildə ilk dəfə büdcə kəsiri ilə üzləşə bilər

Kütləvi etirazlar səbəbindən cari maliyyə ilində iqtisadi vəziyyətin pisləşdiyi şəraitdə Honkonq büdcə kəsiri ilə üzləşə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi yerli administrasiyanın maliyyə məsələləri üzrə katibi (maliyyə naziri) Pol Çan bildirib.

O, qanunverici orqanda çıxışı zamanı bunun son 15 ildə ilk dəfə baş verəcəyini açıqlayıb.

"Öncədən büdcəni profisitlə planlaşdırmışdıq. Lakin iqtisadiyyatın zəifləməsi səbəbindən vergi daxilolmaları aşağı düşdü və ilin ortasında bir sıra stimullaşdırıcı tədbirlər gördük, buna görə maliyyə ilinin sonunda (31 Mart 2020-ci ildə başa çatır - red.) hökumət "qırmızı xətt"in lap kənarında ola bilər. Bütövlükdə Honkonq iqtisadiyyatının təməli çox möhkəm qalır", - nazir əlavə edib.

Sonuncu dəfə bu xüsusi inzibati rayonda büdcə kəsiri 2003-cü ildə - bölgədə atipik pnevmaniya yayılan zaman qeydə alınıb.

Noyabr ayının ortalarında açıqlanan hökumətin son proqnozuna görə, Honkonqu bu ilin sonunda son 10 ildə ilk dəfə ÜDM-in (1,3% səviyyəsində) azalması gözləyir.

Xatırladaq ki, Honkonqda yayın əvvəlindən hökumətin cinayətkarların Çinin materik hissəsinə təhvil verilməsinə imkan yaradan ekstradisiya haqqında qanun layihəsini qəbul etmək niyyətinə qarşı kütləvi etirazlar başlayıb. Bu qanunvericilik təşəbbüsünün geri çağırılmasına baxmayaraq, müxalifət tərəfdarları hökumət əleyhinə etiraz aksiyalarını davam etdirir. İğtişaşlar turizm, ticarət və nəqliyyat sektoruna ciddi zərbə vurub.

Son xəbərlər

Orphus sistemi