Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda həyat sığortası bazarı 16% böyüyüb

    27,15 mln. manat istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,3%-i və yaxud 89,1 mln. manatı həyat sığortasının payına düşüb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16% böyüyüb.

    Həyat sığortasındakı yığımların 57%-i və yaxud 50,8 mln. manatı həyatın yaşam sığortasının, 30,5%-i və yaxud 27,15 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11%-i və yaxud 9,85 mln. manatı həyatın ölüm halından sığortasının, 1,1%-i və ya 991 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,4%-i və ya 330 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

    9 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 34,2 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 26,8%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 45,1% çoxdur.

    Həyat sığortası üzrə ödənişlərin 89,6%-i və yaxud 30,6 mln. manatı həyatın yaşam sığortasının, 5,4%-i və yaxud 1,8 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 5%-i və yaxud 1,7 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

    Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38,3 manat ödəniş həyata keçirilib. 2014-cü ilin yanvar-sentyabr aylarında bu rəqəm 30,6 manat olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi