Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Sankt Peterburqlu həmkarı ilə görüşüb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Sankt Peterburqlu həmkarı ilə görüşüb Bakı. 25 may. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun başçılıq etdiyi nümayəndə heyəti mayın 24-25-də Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olub.
Maliyyə
25 May , 2018 16:26
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Sankt Peterburqlu həmkarı ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun başçılıq etdiyi nümayəndə heyəti mayın 24-25-də Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olub.

"Report" Palataya istinadən xəbər verir ki, səfərin əsas məqsədi 2019-cu ildə keçiriləcək Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) növbəti konqresinə hazırlıq üçün dəyirmi masa ətrafında müzakirələrdə iştirak olub. 

Konqresdən sonra növbəti üç il ərzində bu mötəbər təşkilatda sədrlik səlahiyyətini icra edəcək Rusiyanın Hesablama Palatası bu toplantını 22-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil edib. Konqres INTOSAI-ın ali orqanı olaraq dünya AAQ-ları üçün ən aktual mövzuları müzakirə edir və sonrakı illər üçün inkişaf strategiyalarını müəyyən edir. Konqresə konseptual hazırlıq məqsədilə müvafiq İşçi Qrup yaradılıb və Azərbaycan AAQ-ı da bu təşəbbüsə qoşulub. İşçi Qrupun bir neçə görüşü təşkil edilib, telekonfrans vasitəsilə müzakirələr aparılıb. Nəticədə İşçi qrupun məsul olduğu “Ali Audit Qurumlarının milli prioritet və məqsədlərə nail olunmasında rolu” mövzusu ilə bağlı olan və Konqresdə təsdiq olunaraq ümumi strategiya üçün təməl olacaq sənəd layihəsi hazırlanıb.

Hazırlanmış sənəd layihəsinin təqdimatı və müzakirəsi üçün beynəlxalq forumda keçirilən dəyirmi masada 20 təşkilatı təmsil edən nümayəndə heyəti iştirak edib. Rusiyanın Hesablama Palatasının sədri Aleksey Kudrin tədbir iştirakçılarını bu mühüm sənəd layihəsinin müzakirəsində fəallığa dəvət etmişdir. Dəyirmi masada ilk olaraq gözlənilən konqresin mövzuları üzrə hazırlanmış sənəd layihələri təqdim edilib. Bununla əlaqədar Rusiya AAQ-ının çıxışından sonra Çin AAQ-nın rəhbəri Li Xiaozhong digər bir mövzu üzrə hazırlanmış layihəni təqdim etmişdir. Sonrakı müzakirələrdə INTOSAI-ın Baş Katibi, Avstriya AAQ-nın rəhbəri Margit Krakerin hazırlanmış sənəd layihələrinə dair şərhləri dinlənilib, digər nümayəndə heyətlərinin məsul təmsilçilərinə söz verilib. Yekun olaraq, Konqresə hazırlıq prosesinin növbəti mərhələləri üzrə görülməli işlərin davam etdirilməsi qərar alınıb.

Səfər proqramına əsasən, Hesablama Palatasının nümayəndə heyəti Forumun digər tədbirlərində iştirak edib. Hesablama Palatası Sankt-Peterburq Beynəlxalq iqtisadi forumunda ilk dəfə 2016-cı ildə iştirak edib. 1997-ci ildən keçirilən bu beynəlxalq Forumun əsas missiyası həm özəl sektor, həm də ictimai və dövlət sektorunun nümayəndələrini bir araya gətirir.

Səfər zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, həmçinin Sankt-Peterburq Nəzarət Hesablama Palatasının sədri Vadim Lopatnikov ilə görüşü olub. Görüş zamanı federasiya subyekti səviyyəsində kənar dövlət auditi funksiyasının həyata keçirilməsinin xüsusiyyətləri və digər məsələlər barədə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi