Yuxarı

Hesablama Palatasının nümayəndə heyəti III EUROSAI-ASOSAI Birgə Konfransında iştirak edib

Azərbaycan III EUROSAI-ASOSAI Birgə Konfransında təmsil olunub
© Report

Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov və Dövlət investisiyalarının auditi şöbəsinin müdir müavini Elvin Hacıyev İsrailin Qüds şəhərində “Fövqəladə hallar və yaranan problemlər” mövzusunda keçirilən III EUROSAI-ASOSAI Birgə Konfransında (EIES-2019) iştirak edib. 

"Report" bu barədə Palataya istinadən xəbər verir. 

Məlumata görə, konfrans Van Leer İnstitutunda keçirilib. Tədbirdə 44 ölkə və müxtəlif təşkilatlardan 125-dən çox numayəndə təmsil olunub.

Konfransda iki əsas mövzu müzakirə edilib. “Fövqəladə hallar” mövzusu təbii fəlakətlərə hazırlıq, fəlakətin idarə edilməsi, terror hücumları ilə mübarizə, kiber təhlükəsizliyə qarşı təhdidlər və bir çox başqa məsələləri, “Yaranan problemlər” mövzusu isə miqrasiya və qaçqın problemlərinin həlli, yaşlı əhali, pensiyalar, BMT-nin dayanıqlı inkişaf məqsədləri, rəqəmsallaşma, blokçeyn, böyük məlumat bazası və digər bu kimi sahələri əhatə edib. 

Plenar sessiyanın açılışında İsrail Ali Audir Qurumunun (AAQ) Dövlət Müfəttişi və Ombudsmanı, hakim Yosef Şapira tədbir iştirakçılarını salamlayaraq konfransın əhəmiyyətini qeyd edib, açılış nitqi EUROSAI-ın 1-ci Vitse Prezidenti-Çexiyanın AAQ-ının prezidenti cənab Miloslav Kalanın və ASOSAI-ın Sədri-Vyetnam AAQ-nın Baş Auditorunun müavini cənab Doan Xuan Tienin çıxışları ilə davam edib. Həmçinin nümayəndə heyəti “Fövqəladə hallarda real vaxt auditi - ikiqat çağırış”, “İşçi qüvvəsi 2030 - Sizin ölkə hazırdırmı?” və “Kiber fövqəladə hallara hazırlıq” mövzuları üzrə işçi sessiyalarda iştirak edib.

Bununla yanaşı, konfrans “Qlobal texnologiya ilə idarə edilən iqtisadiyyatda çağırışlar”, “Kiber təcili vəziyyətə hazırlıq”, “Yaranan problemlərin həlli-innovasiyaların təşviq edilməsi üçün Hökumətin təşəbbüsləri”, “21-ci əsrin əsas cərəyanları” və işçi sessiyalarda müxtəlif digər mövzular üzrə təqdimatlarla davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi