Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir

Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin təşkilatçılığı ilə audit fəaliyyətinin effektivliyinin və cəmiyyətə verdiyi əlavə dəyərin ölçülməsində son yanaşmalara və çətinliklər mövzusuna həsr edilmiş müzakirələrdə iştirak etmək məqsədilə Türkiyədə səfərdədir.
Maliyyə
18 Aprel , 2019 16:22
Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin təşkilatçılığı ilə audit fəaliyyətinin effektivliyinin və cəmiyyətə verdiyi əlavə dəyərin ölçülməsində son yanaşmalara və çətinliklər mövzusuna həsr edilmiş müzakirələrdə iştirak etmək məqsədilə Türkiyədə səfərdədir.

Palatadan “Report”a verilən məlumata görə, tədbirdə 16-dan çox ölkənin Ali Audit Qurumundan və təşkilatdan olan beynəlxalq iştirakçılar təmsil olunur.

Tədbir zamanı baş tutan müzakirələrdə açılış nitqi ilə Beynəlxalq Biznes, İqtisadiyyat və Marketinq Cəmiyyətinin (İBEMS) və onun Konqresin Prezidenti Prof. Dr. Tülin Durukan, Maltepe Universitetinin rektoru, Konqresin Fəxri Prezidenti Prof. Dr. Şahin Karasar, Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Seyit Ahmet Baş, Türkiyə İqtisadiyyat Bankının Orta və Kiçik Biznes üzrə məsləhətçisi Prof. Dr. Tamer Müftüoğlu və Marmara Universitetinin akademiki Prof. Dr. Oktay Güvemli çıxış ediblər.

Daha sonra əvvəlcədən gündəlikdə müəyyən edilmiş mövzular üzrə təqdimatlar verilib. Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Seyit Ahmet Başın moderatorluq etdiyi birinci sessiya zamani dövlət auditinin dəyər və faydaları, bu dəyərin ölçülməsi mövzusunda Maldiv və Serbiya AAQ-larının rəhbərlərinin, Əfqanıstan Ali Audit Ofisinin Baş Auditorunun müavininin təqdimatları dinlənilib. Daha sonra kənar dövlət maliyyə auditi sahəsində mühüm əhəmiyyət daşıyan mövzular barədə təqdimatlar edilib və müzakirələr aparılıb.

Ümumilikdə, müzakirələr 6 istiqamət üzrə sessiyalarda audit fəaliyyətinin əlavə dəyəri və onun ölçülməsi, eləcə də müxtəlif AAQ-lar və maraqlı tərəflərin nöqteyi-nəzərindən bu sahə üzrə iştirakçıların münasibəti barədə fikir və təcrübə mübadiləsi aparılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi