Hesablama Palatasının nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2 dəfə artıb

Hesablama Palatasının nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2 dəfə artıb Bakı. 10 may. REPORT.AZ/ 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10 992,9 mln. manat vəsait əhatə olunub.
Maliyyə
10 May , 2018 13:50
Hesablama Palatasının nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2 dəfə artıb
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10 992,9 mln. manat vəsait əhatə olunub.

“Report” bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Bu məbləğin 22,9%-i dövlət büdcəsinin xərcləri, 4,4%-i büdcədənkənar fondların vəsaitləri, 0,09%-i Naxçıvan MR-nın büdcəsinin xərcləri, 14,4%-i beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2%-i isə digər mənbələrdən ayrılan vəsaitlər üzrə təşkil edib.

Hesabat ilində aparılmış auditlərlə yanaşı müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb. Təhlillər nəzərə alınmaqla hesabat ilində nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2,0 dəfə çox olub.

Hesablama Palatasının 2017-ci il ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin əhatə dairəsinə daxil olan istiqamətlərin sayı əvvəlki illərə nisbətən artıb. Belə ki, hesabat dövründə nəzarət fəaliyyəti dövlət büdcəsinin, büdcədənkənar fondların, Naxçıvan MR-nın büdcəsinin xərclərinin, dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan ayrılan vəsaitləri, dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditləri, Dövlət Neft Şirkətindən ayrılmış vəsaitləri, həmçinin dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitləri əhatə edib.

2017-ci ildə audit ilə əhatə olunmuş qurumların sayı 135 təşkil edib. 

Son xəbərlər

Orphus sistemi