Yuxarı

​Hesablama Palatasının kollegiya iclası keçirilib

İclasda bu il üçün planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları da təsdiq edilib

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. “Report” xəbər verir ki, Palatanın növbəti kollegiya iclasında 2016-cı ilin İş Planına uyğun olaraq həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Məlumata görə, müzakirə edilən tədbirlər arasında dövlət büdcəsinin yerli xərclərindən Lənkəran şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, Sabirabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi üzrə gəlir və xərclərin və Şöbənin saxlanılması xərclərinin icrasına dair məsələlər olub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya Hesablama Palatasının 2016-cı il İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramlarını da təsdiq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi