Hesablama Palatasının kollegiya iclası keçirilib

Hesablama Palatasının kollegiya iclası keçirilib Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 7-də Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Maliyyə
8 Dekabr , 2018 11:44
Hesablama Palatasının kollegiya iclası keçirilib
Hesablama Palatası / Report

Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 7-də Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, iclasda çıxış edən qurumun sədri bu il sentyabrın 5-dən “Hesablama Palatası haqqında” yeni qanunun qüvvəyə mindiyini bildirib, Palatanın qanunda müəyyən edilmiş fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri və bunların həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi üzrə qarşıda duran işlər barədə danışıb.

Daha sonra iclas iştirakçıları dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərdən istifadəyə dair hesabatı, Bərdə Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair hesabatı müzakirə edərək təsdiq edib, hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Bundan başqa, iclasda “Hesablama Palatası tərəfindən dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi qaydaları” geniş müzakirə olunaraq təsdiq olunub. 

Son xəbərlər

Orphus sistemi