Yuxarı
    Bağlamaq

    "Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" adlı tvinninq layihəsinin rəsmi açılışı olub

    Baki. 20 noyabr. REPORT.AZ/ Bu gün Avropa İttifaqının maliyyələşdirdiyi "Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" adlı tvinninq layihəsinin rəsmi açılışı olub.

    "Report" xəbər verir ki, dəyəri 1,4 mln. avro təşkil edən və 2019-cu ilin dekabrına qədər davam edəcək layihənin icrasına oktyabrın 1-dən start verilib. 

    Polşanın Ali Audit İdarəsinin həyata keçirəcəyi layihənin məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və bununla da Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə töhfə verməkdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi