Hesablama Palatasının əməkdaşları Norveçdə keçirilən təlimdə iştirak edib

Hesablama Palatasının əməkdaşları Norveçdə keçirilən təlimdə iştirak edib Hesablama Palatasının əməkdaşları Ali Audit Qurumlarının (AAQ) Fəaliyyətinin Qiymətləndirilməsi Çərçivəsi üzrə təlimdə iştirak ediblər.
Maliyyə
11 Mart , 2019 16:58
Hesablama Palatasının əməkdaşları Norveçdə keçirilən təlimdə iştirak edib

Hesablama Palatasının əməkdaşları Ali Audit Qurumlarının (AAQ) Fəaliyyətinin Qiymətləndirilməsi Çərçivəsi üzrə təlimdə iştirak ediblər.

Bu barədə "Report"a Palatadan bildirilib. 

Məlumata görə, təlimə Hesablama Palatasının əməkdaşları - İcmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova, Analitik hesabatlar və icmallaşdırma sektorunun müdiri Sənay Paşayev və Ali audit qurumları ilə əlaqələr sektorunun müdiri Fərqanə Əliyeva qatılıblar. Təlim INTOSAI təşkilatının İnkişaf Təşəbbüsləri (IDI) tərəfindən Oslo şəhərində təşkil olunub və AAQ-ların fəaliyyətinin qiymətəndirilməsinə həsr edilib. 

Təlimdə Fəaliyyətin Qiymətləndirilməsi Çərçivəsi (FQÇ) ilə bağlı ümumi məlumatlar verilib, bu qiymətləndirmənin özünüqiymətləndirmə, kənar AAQ tərəfindən qiymətləndirmə və kənar ekspert tərəfindən qiymətləndirmə vasitəsilə həyata keçirilməsinin mümkün olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, qiymətləndirmə üsulunun seçilməsi ilə bağlı qərar AAQ rəhbəri tərəfindən qəbul edilir və nəticələrə dair hesabat İDİ-ya kənar baxış üçün göndərilir.

Bu qiymətləndirmənin aparılmasında əsas məqsəd AAQ-ların inkişaf etdirilməsi ilə cəmiyyətin rifah səviyyəsinini yüksəlilməsində rolunun gücləndirilməsidir. Bu zaman qurumun fəaliyyətində güclü və zəif tərəfləri müəyyən etməklə müxtəlif zaman kəsiyində inkişaf göstəricilərinin müqayisəsi təmin edilir. Qiymətləndirmə müstəqliik və hüquqi çərçivə, daxili idarəetmə və etika, auditin keyfiyyəti və hesabatlılıq, maliyyə idarəetməsi, aktvlər və dəstək xidməti, kadr potensialının inkişafı, maraqlı tərəflərlə əlaqələr və kommunikasiya nöqteyi-nəzərindən həyata keçirilir. Belə qiymətləndirmə, AAQ-ların Starteji İnkişaf Planının tərtibi üçün xüsusi əhəmiyyət daşımaqla yanaşı, sonradan həmin planların icrası nəticəsində əldə edilmiş uğurları ölçmək imkanı verir. Eyni zamanda İSSAİ 12-nin tələblərinə uyğun müəyyən edilmiş 3 məqsəd və 12 prinsipin tətbiq səviyyəsi dəyərləndirilir ki, bu da AAQ və cəmiyyət, həmçinin digər tərəfdaşlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə imkan verir. AAQ-ların fəaliyyətinin dəyərləndirilməsi hesabatlılılq və şəffaflığın təmin edilməsində mühüm addımdır.

Son xəbərlər

Orphus sistemi