Hesablama Palatasının əməkdaşları Çexiya və Macarıstan Ali Audit Qurumlarında ikitərəfli görüşlər keçiriblər

Hesablama Palatasının əməkdaşları Çexiya və Macarıstan Ali Audit Qurumlarında ikitərəfli görüşlər keçiriblər Bakı. 1 iyun. REPORT.AZ/ Hesablama Palatasının əməkdaşları şöbə müdiri Cavid Bayramov və sektor müdiri Sənay Paşayev Çexiyanın paytaxtı Praqa şəhərində ölkənin Ali Audit Ofisində (AAO) dövlət büdcəsinin gəlirlərinin auditi mövzusunda keçirilən ikitərəfli görüşdə iştirak ediblər.
Maliyyə
1 İyun , 2018 16:09
Hesablama Palatasının əməkdaşları Çexiya və Macarıstan Ali Audit Qurumlarında ikitərəfli görüşlər keçiriblər
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Hesablama Palatasının əməkdaşları şöbə müdiri Cavid Bayramov və sektor müdiri Sənay Paşayev Çexiyanın paytaxtı Praqa şəhərində ölkənin Ali Audit Ofisində (AAO) dövlət büdcəsinin gəlirlərinin auditi mövzusunda keçirilən ikitərəfli görüşdə iştirak ediblər.

“Report”un Palataya istinadən verdiyi xəbərə görə, görüşdə əsas məqsəd büdcə gəlirlərinin auditi sahəsində Çexiya AAO-nın təcrübəsi ilə tanış olmaq və bu istiqamətdə qarşılıqlı birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.

Çexiya AAO-nun prezidenti Miloslav Kala belə görüşlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Daha sonra tədbirdə AAO-nun əməkdaşları tərəfindən mövzu ilə bağlı, o cümlədən büdcə gəlirlərinin auditi sahəsində qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri, büdcə gəlirlərinin auditində əsas məqsədlər, audit formaları, audit mövzuları, auditin nəticələri və onun rəsmiləşdirilməsi prosedurları, eləcə də mövzu üzrə praktik nümunələr barədə geniş məlumat verilmiş və qarşılıqlı müzakirələr keçirilib.

Hesablama Palatasının əməkdaşları həmçinin Macarıstanın AAQ-ı olan Dövlət Audit Ofisində (DAO) büdcə gəlirlərinin auditi mövzusuna dair ikitərəfli görüşdə iştirak ediblər. Görüşdə DAO-nun aidiyyəti departament rəhbərləri tərəfindən DAO-nun büdcə gəlirləri üzrə mərkəzi büdcənin icrasının auditi təcrübəsi, gəlirlərin auditi üzrə planlaşdırılma sistemi, illik büdcə layihəsinin qiymətləndirilməsi və təhlil işləri, həmçinin DAO-nun fəaliyyətində şəffaflıq və hesabatlılıq mövzuları üzrə təqdimatlar edilib və qeyd edilən istiqamətlər üzrə qarşılıqlı müzakirələr aparılıb.

Hər iki görüşün sonunda büdcə gəlirlərinin auditi və digər istiqamətlər üzrə, EUROSAI çərçivəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi üzrə təkliflər səslənib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi