Palatadan “Report”a verilən məlumata görə, forumda, ümumilikdə, 4 ölkədən və beynəlxalq təşkilatlardan olmaqla 100 nəfərə yaxın nümayəndə iştirak edib.
Tədbir zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətdə görülən işlər, müvafiq islahatların aparılması zəruri olan sahələr və əsas hədəflər barədə məlumat verilib və bu sahədə region dövlətlərinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Sonra tədbir paralel müzakirələr və təqdimatlar üzrə davam etdirilib. Daha sonra Azərbaycan nümayəndə heyəti digər müzakirələr ilə yanaşı “2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəliyin tətbiqinə Ali Audit Qurumlarının verdiyi töhfələr” paneli üzrə müzakirələrdə iştirak edib. Burada Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə ilkin hazırlıq proseslərinin qiymətləndirilməsində Ali Audit Qrumlarının rolunun vacibliyi bildirilib.
Sonda BMT-nin nümayəndəsinin iştirakı ilə Cənubi Qafqaz regionunda sosial və iqtisadi sahələr üzrə mövcud olan bir sıra göstəricilər müzakirə edilib.