Yuxarı
    Bağlamaq

    Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsi layihəsinə rəyi bu ayın sonuna qədər hazır olacaq

    Rəyin xülasəsinin də hazırlanması nəzərdə tutulub
    © Report

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Milli Məclis 2018-ci ilin dövlət büdcəsi layihəsini artıq Hesablama Palatasına təqdim edib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Palatadan bildirilib.

    Məlumatda deyilir ki, layihə üçün rəy tamamlanmaq ərəfəsindədir və bu ayın sonuna qədər təqdim ediləcək.

    “Hesablama Palatası gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı rəyin tərtib olunması ilə yanaşı məlumatlılığın yüksəldilməsi və dövlət büdcəsi ilə bağlı əsas məqamların ictimaiyyətə açıqlanması məqsədilə audit tədbirlərinin nəticələrindən istifadə edilməklə rəyin xülasəsini də hazırlamaq niyyətindədir. Həmin xülasə aidiyyəti qurumlara, o cümlədən ölkənin aparıcı KİV-lərinə, elmi-tədqiqat institutlarına təqdim olunacaq”, - deyə açıqlamada qeyd olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi