Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib İclasda audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib
Maliyyə
15 Fevral , 2017 14:55
Hesablama Palatasında kollegiya iclası keçirilib

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. “Report” xəbər verir ki, iclasda həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Müzakirə edilən məsələlər sırasında Vergilər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin “Ümumi dövlət xidmətləri” bölməsindən ayrılan vəsaitlərin və Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaitlərinin proqnozlaşdırılması və icrası, 4 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyəti yer alıb.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi