Yuxarı

​Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatası dövlət büdcəsi ilə bağlı qanun layihələrinə rəy hazırlayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Hesablama Palatasının növbəti kollegiya iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihələrinə Palatanın hazırladığı rəylər müzakirə olunub.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, ilk olaraq dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən makroiqtisadi şərait, gəlir və xərclərdə nəzərdə tutulmuş dəyişikliklərin əsas istiqamətləri, dövlət büdcəsinin kəsiri və kəsirin maliyyələşdirmə mənbələri üzrə məlumatlar dinlənilib.

Daha sonra DSMF-nin 2016-cı il büdcəsi ilə bağlı nəzərdə tutulmuş dəyişikliklər barədə məruzə olunub, nəzərdə tutulmuş dəyişikliklərin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkə prezidenti tərəfindən imzalanmış müvafiq fərmanların icrasının təmin edilməsi məqsədini daşıdığı bildirilib.

Kollegiya qanun layihələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq hər iki rəyin Milli Məclisə təqdim edilməsi ilə bağlı qərarlar qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi