​Hesablama Palatasında kollegiya iclası keçirilib

​Hesablama Palatasında kollegiya iclası keçirilib İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib
Maliyyə
19 İyun , 2015 17:55
​Hesablama Palatasında kollegiya iclası keçirilib

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. “Report” Palatanın məlumatına əsasən bildirir ki, iclasda Oğuz, Ağcabədi və Yardımlı rayonlarının icra hakimiyyətlərinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından, Sabirabad Rayon İcra Hakimiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan və “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin, iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi