Hesablama Palatasında iclas keçirilib

Hesablama Palatasında iclas keçirilib Bakı. 27 fevral. REPORT.AZ/ Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.
Maliyyə
27 Fevral , 2019 17:52
Hesablama Palatasında iclas keçirilib
Hesablama Palatası / Report

Bakı. 27 fevral. REPORT.AZ/ Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, iclasda Palatanın fəaliyyətinin metodoloji əsaslarının təklmilləşdirilməsi istiqamətində tərtib edilmiş “Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə qəbul edilmiş kollegiya qərarlarının icrasına nəzarət edilməsi barədə metodiki göstəriş” və “Hesablama Palatası tərəfindən analitik fəaliyyət üzrə tədbirlərin hazırlanması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları” müzakirə olunub.

Hər iki sənəd Hesablama Palatası tərəfindən analitik fəaliyyət üzrə tədbirlərin keçirilməsinin ümumi qaydalarını və prosedurlarını, eləcə də Hesablama Palatası tərəfindən aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə Hesablama Palatası Kollegiyasının qəbul etdiyi qərarların kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən icra olunmasına Palata tərəfindən nəzarət edilməsi pro­sedurlarını müəyyən etmək məqsədi ilə hazırlanıb.

İclasda həmçinin ““Hesablama Palatasının işinin planlaşdırılması Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi üzrə müzakirə aparılıb.

Metodiki göstəriş və Qaydalar, eləcə də “Hesablama Palatasının işinin planlaşdırılması Qaydaları”na əlavə və dəyişikliklər geniş müzakirə olunaraq təsdiq edilib.

Kollegiya iclasında Hesablama Palatasının 2019-cu il üçün İş planına əsasən bir sıra dövlət təşkilatları və müəssisələrində aparılmış auditin nəticələri üzrə qəbul edilmiş Kollegiya qərarlarının icrası vəziyyətinin monitorinqinin proqramları və Audit proqramları da təsdiq olunub.  

Son xəbərlər

Orphus sistemi