Yuxarı
    Bağlamaq

    Hesablama Palatası Təhsil Nazirliyinə ayrılan büdcə vəsaitlərinin icrasını yoxlayıb

    Bakı. 7 fevral. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda dövlət büdcəsindən Təhsil Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, ləğv prosesində olan “Dekabank” ASC-nin və “Atrabank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələrinə dair hesabatlar müzakirə olunub.

    “Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

    İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

    İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş Planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub, müvafiq qərarlar qəbul edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi