Yuxarı

Hesablama Palatası korrupsiya ilə mübarizə istiqamətində gördüyü işləri açıqlayıb

​Hesablama Palatası korrupsiya ilə mübarizə istiqamətində nə edib?

Hesablama Palatası ötən il korrupsiya ilə mübarizə istiqamətində müvafiq qurumlarla sıx əməkdaşlıq edib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabat verən qurumun sədri Vüqar Gülməmmədov bildirib.

“2018-ci ildə aparılmış nəzarət tədbirləri üzrə müvafiq məlumatlar aiddiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Həmin tədbirlərin 4-ü inzibati xarakterli, 5-i isə cinayət xarakterli olub”, - o əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi