Yuxarı

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan büdcə vəsaitlərin icrası müzakirə olunub

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib

Bakı. 31 iyul. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutuna və Respublika Seysmoloji Xidmət Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, bundan başqa, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Zaqatala rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair hesabat dinlənilib.

Dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə, İdarənin struktur bölmələrinə və Yevlax şəhər mədəniyyət və turizm şöbəsinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair hesabatlar müzakirə olunub. 

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin, iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi