Hesablama Palatası indiyə qədər Baş Prokurorluğa 10-dan çox yoxlama materialı göndərib

Hesablama Palatası indiyə qədər Baş Prokurorluğa 10-dan çox yoxlama materialı göndərib Bu barədə qurumun sədri Vüqar Gülməmmədov məlumat verib
Maliyyə
10 Dekabr , 2016 10:35
Hesablama Palatası indiyə qədər Baş Prokurorluğa 10-dan çox yoxlama materialı göndərib

Bakı. 10 dekabr. REPORT.AZ/ Hesablama Palatasının (HP) fəaliyyətinin səmərəli təşkili məqsədilə müxtəlif sahələri əhatə edən 30-a yaxın qayda işlənib-hazırlanıb və qurumun kollegiyasında təsdiq edilib. “Report” xəbər verir ki, bu barədə Palatanın sədri Vüqar Gülməmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün HP-nın sayəsində dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin ümumi məbləği Palatanın saxlanılmasına sərf edilmiş büdcə vəsaitləri ilə müqayisədə dəfələrlə çoxdur: “Müqayisə üçün deyək ki, bu sahədə yalnız inkişaf etmiş ölkələrin ali audit orqanları daha yüksək göstəricilərə malikdir”.

V.Gülməmmədov onu da qeyd edib ki, HP fəaliyyət göstərdiyi 15 il ərzində korrupsiya hüquqpozmaları və maliyyə pozuntuları müəyyən edilmiş 10-dan çox yoxlama materialını Baş Prokurorluğa göndərib. 

Son xəbərlər

Orphus sistemi