Yuxarı

Hesablama Palatası DSMF-də yoxlama aparıb

​Hesablama Palatası DSMF-də yoxlama aparıb

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

“Report” quruma istinadən xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə gəlirləri və xərclərinə dair auditin nəticələri haqqında;

- Nazirlər Kabinetinin 26 noyabr 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” və 2016-cı il 28 yanvar tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində ayrılmış vəsaitlərin və tədbirlər proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının səmərəliliyinə dair.

İclasda auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub, onların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarlarının və auditor hesabatlarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin Kollegiya qərarlarının icra vəziyyətinə dair auditorların məruzələri dinlənilib, İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi