​Hesablama Palatası Dövlət Neft Fondunu yoxlayacaq

​Hesablama Palatası Dövlət Neft Fondunu yoxlayacaq Bununla bağlı ​Hesablama Palatasının son kollegiya iclasında qərar qəbul olunub
Maliyyə
8 Aprel , 2015 18:06
​Hesablama Palatası Dövlət Neft Fondunu yoxlayacaq

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Kollegiya iclasında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin icrası vəziyyətinə dair nəzarət tədbirləri üzrə audit proqramı təsdiq edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Hesablama Palatasının yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, həmçinin dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağcabədi rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz rayon İcra Hakimiyyətinə və Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə audit proqramları təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi