Hesablama Palatası: Dövlət İnvestisiya Proqramının tərtibi sistemi yenidən nəzərdən keçirilməlidir

Hesablama Palatası: Dövlət İnvestisiya Proqramının tərtibi sistemi yenidən nəzərdən keçirilməlidir Qurum “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı bir sıra tövsiyyələr verib
Maliyyə
2 Dekabr , 2016 17:21
Hesablama Palatası: Dövlət İnvestisiya Proqramının tərtibi sistemi yenidən nəzərdən keçirilməlidir

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası beynəlxalq maliyyə qurumlarının dəstəyindən istifadə etməklə hazırda mövcud olan Dövlət İnvestisiya Proqramının tərtibi sisteminin yenidən nəzərdən keçirilməsinin və ölkənin spesifik əhəmiyyətli sahələrinin növbəti illərin proqramlarında nəzərə alınmasını məqsədəuyğun hesab edir. 

"Report" xəbər verir ki, bu barədə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.

Palata həmçinin layihələr üzrə aparılan maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks olunması vəziyyətinin təhlilinin nəticələrinə istinad edərək bir sıra tövsiyələr də verib.

Qurumun irəli sürdüyü tövsiyələrdən biri investisiya yönəldilməsi nəzərdə tutulan layihələrin arasında səmərəliliyi qiymətləndirilən və ekspertizası aparılan layihələrin seçilməsinə üstünlük verilməsi, layihələrin icrası başa çatdıqdan sonra qiymətləndirmənin aparılmasının (bunun üçün müvafiq qaydaların, təlimatın, metodiki göstərişlərin hazırlanmasının) nəzərə alınması ilə bağlıdır.

Digər tövsiyyə isə layihələr üzrə xərc-gəlir təhlilinin aparılması üzrə meyarların müəyyən edilməsi, xərc-gəlir təhlilinin aparılması qaydalarını özündə əks etdirən təlimatın hazırlanması və hər il müvafiq layihələrin xərc-gəlir təhlilinin aparılmasının nəzərə alınması ilə bağlıdır.

Qeyd edək ki, Palata öz təkliflərini “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə öz Rəyində Dövlət büdcəsi xərcləri bölməsində, Dövlət İnvestisiya Proqramının (DİP) tərtib olunmasının tənzimlənməsi üzrə mövcud normativ-hüquqi aktların, beynəlxalq maliyyə-kredit təşkilatlarının məlumat və hesabatlarının, ötən illər üzrə ayrılmış vəsaitlərin regionların inkişafına və makroiqtisadi təsirlərinin araşdırılması, həmçinin investisiya yönəldilən layihələr üzrə aparılan maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks olunması vəziyyətinin təhlilinin nəticələrinə istinad edərək irəli sürüb. 

Son xəbərlər

Orphus sistemi