​Hesablama Palatası Biləsuvar Rayon İcra Hakimiyyətində apardığı yoxlamaların nəticələrini müzakirə edib

​Hesablama Palatası Biləsuvar Rayon İcra Hakimiyyətində apardığı yoxlamaların nəticələrini müzakirə edib Hesablama Palatasının bu ilin İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları təsdiq edilib
Maliyyə
20 May , 2016 17:03
​Hesablama Palatası Biləsuvar Rayon İcra Hakimiyyətində apardığı yoxlamaların nəticələrini müzakirə edib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının növbəti kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələrinə dair hesabat müzakirə olunub. Bu barədə “Report”a Palatanın mətbuat xidmətindən məlumat verilib.

İclasda nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi də müzakirə edilərək təsdiq olunub, həmin qərarın icrasını təmin etmək məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinə təqdimatın göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi