Hesablama Palatası bəzi audit yoxlamalarını elektronlaşdıracaq

Hesablama Palatası bəzi audit yoxlamalarını elektronlaşdıracaq Bakı. 11 may. REPORT.AZ/ Hesablama Palatası bəzi audit tədbirlərini elektron formada həyata keçirəcək.
Maliyyə
11 May , 2018 11:55
Hesablama Palatası bəzi audit yoxlamalarını elektronlaşdıracaq
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Hesablama Palatası bəzi audit tədbirlərini elektron formada həyata keçirəcək.

"Report" xəbər verir ki, bunu palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. 

"Zamanla digər audit növləri də yaranır. Bunlardan biri də məsafədən auditdir. "Hesablama Palatası haqqında" yeni qanun qüvvəyə mindikdən sonra palatanın elektron informasiyaya çıxışı genişlənəcək və bu imkandan maksimum yararlanacaq. Palata bəzi audit tədbirlərini məsafədən həyata keçirəcək", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi