Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib

Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün MDB-yə üzv olan dövlətlərin ali maliyyə nəzarəti orqanlarının rəhbərlər Şurasının XVII və XVIII sessiyasında qəbul olunmuş İş Planına əsasən, videokonfrans keçirilib.
Maliyyə
27 Fevral , 2018 16:24
Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün MDB-yə üzv olan dövlətlərin ali maliyyə nəzarəti orqanlarının rəhbərlər Şurasının XVII və XVIII sessiyasında qəbul olunmuş İş Planına əsasən, videokonfrans keçirilib.

“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Konfransda üzv dövlətlərdən Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Moldovanın ali audit qurumlarının əməkdaşları iştirak ediblər. Azərbaycanın Hesablama Palatasını videokonfransda İcmal-analitik şöbənin əməkdaşları təmsil ediblər.

Videokonfransda dövlət büdcəsinin icrasına dair illik hesabata rəy, auditin keçirilməsi zamanı aşkar edilmiş nöqsanların təsnifatının tətbiq etmə təcrübəsi, maliyyə hesabatlarının təhlili kimi məsələlər üzrə müzakirə olunub. 

Konfransda dövlət büdcəsinin icrası ilə bağlı rəylərin tərtib edilməsi prosesində rast gəlinən əsas problemlər müzakirə edilib, həmçinin büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən təqdim edilən hesabat məlumatlarının forması və təqdimedilmə müddəti, həmin məlumatların rəylərdə istifadə imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda nəzarət tədbirlərinin nəticəsi olaraq müəyyən edilmiş nöqsanların təsnifləşdirilməsi istiqamətində Rusiyanın təcrübəsi ilə bağlı məlumatlar təqdim edilib, Azərbaycanın bu sahəyə yanaşması üzrə suallar cavablandırılıb.

Konfransın sonunda qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qeyd edilən istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi