Yuxarı
    Bağlamaq

    Hesablama Palatası "Azərkosmos"un fəaliyyətini yoxlayıb

    ​Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib

    Bakı. 21 yanvar. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramlarını təsdiq edib.

    "Report"un Palataya istinadən verdiyi xəbərə görə, bundan başqa, kollegiya iclasında “Azərkosmos" ASC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair nəzarət tədbirlərinin nəticələri üzrə Hesabatlar müzakirə edilib.

    Həmçinin, “Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna və dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Sumqayıt şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri açqılanıb.

    İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi