Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsinin icrasına rəy verib

Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsinin icrasına rəy verib Qurumun kollegiyasının növbəti iclası keçirilib
Maliyyə
22 May , 2017 12:31
Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsinin icrasına rəy verib
Report

Bakı. 22 may. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

“Report” Palataya istinadən xəbər verir ki, iclasda qurumun “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəy geniş müzakirə edilib.

5 bölmədən ibarət olan rəyin tərtibinin hüquqi əsasları, məlumat bazası, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait, həmçinin gəlir və xərclərin təhlilinin nəticələri barədə məlumat verilib, rəydə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumların Palataya təqdim etdiyi hesabatlara istinad olunduğu, eyni zamanda strukturunun və tərtibinin əvvəlki illərdə təqdim olunan rəydən fərqli cəhətləri diqqətə çatdırılıb.

Rəydə dövlət büdcəsi gəlirlərinin mənbələri, dövlət borcunun mövcud durumu, büdcə kəsiri və maliyyələşdirilmə mənbələri bağlı təhlilə geniş yer verildiyi, dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri, köməkçi bölmələri və paraqrafları səviyyəsində ətraflı araşdırıldığı, Palatanın apardığı nəzarət tədbirlərinin nəticələri əsasında tövsiyə və təkliflərin əks olunduğu bildirilib.

İclas iştirakçıları rəy barədə fikir və təkliflərini bildirib, qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisdə müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.

Kollegiyada Palatanın 2017-ci il üçün iş planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib, aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icra vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin Palatanın İcmal-analitik şöbəsinin İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyevin bu il mayın 6-dan 13-nə qədər Beynəlxalq Valyuta Fondunun və Birləşmiş Vyana İnstitutunun təşkilatçılığı ilə Avstriya paytaxtında “Orta-Müddətli Büdcə Çərçivəsi, Fiskal qaydalar və Fiskal Şuralar: Fiskal dayanıqlılığın təmin edilməsi imkanları kimi” mövzusunda keçirilən təlimdə iştirakı barədə məruzəsi dinlənilib.

Son xəbərlər

Orphus sistemi