Hesabat: Azərbaycanda bank depozitləri artıb

Hesabat: Azərbaycanda bank depozitləri artıb Valyuta depozitlərinin həcmi dolların məzənnəsinə bağlı dəyişəcək
Maliyyə
11 İyul , 2016 13:42
Hesabat: Azərbaycanda bank depozitləri artıb

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla məcmu bank depozitlərinin həcmi 2016-cı il iyunun 1-nə 23 148,1 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, depozitlərin həcmi mayın 1-nə nisbətən 590 mln. manat və ya 2,61% artıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 572,8 mln. manat və ya 24,61% artıb.

Manatla depozitlərin həcmi bir ayda 116,3 mln. manat və ya 2,68% artıb, illik müqayisədə isə 506,2 mln. manat və ya 10,21% azalaraq 4 450,8 mln. manat təşkil edib. O cümlədən, müddətsiz depozitlər son bir ayda 52,8 mln. manat və ya 2,41%, illik nisbətdə 279,5 mln. manat və ya 14,24% artaraq 2 241,8 mln. manata çatıb. Müddətli depozitlər isə son bir ayda 63,5 mln. manat və ya 2,95% artıb, illik müqayisədə isə 85,7 mln. manat və ya 2,86% azalaraq 2 209 mln. manat təşkil edib.

Hesabata əsasən, xarici valyutada olan depozitlərin həcmi isə mayda 473,7 mln. manat və ya 2,59% artıb, ötən ilin analoji dövrünə nisbətən isə 5 078,9 mln. manat və ya 37,29% artaraq 18 697,2 mln. manat təşkil edib. Xarici valyutada müddətsiz depozitlərin həcmi son bir ayda 3,2 mln. manat və ya 0,05% artaraq, illik müqayisədə 2 326,7 mln. manat və ya 73,02% artaraq 5 512,9 mln. manata, müddətli depozitlər isə 470,5 mln. manat və ya 3,7% artaraq, illik nisbətdə 2 752,2 mln. manat və ya 26,38% artaraq 13 184,3 mln. manata çatıb.

"Valyutada olan depozitlərin həcminin artması may ayında büdcə xərclərinin artması və Azərbaycanda dolların məzənnəsinin yüksəlməsi ilə bağlıdır. Önümüzdəki aylarda bu tendensiyanın yenidən azalma təşkil edəcəyi, əhalinin gəlirlərinin azalması fonunda manatla depozit portfelinin getdikcə azalacağı, dolların məzənnəsinin ilin sonuna qədər artması ilə dollar depozitlərinin yenidən yüksəlməsi ehtimal edilir", - deyə "Report"un analitikləri qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi