AMB 150 mln. manat vəsait cəlb edib

AMB 150 mln. manat vəsait cəlb edib Qurum növbəti depozit hərracını yekunlaşdırıb
Maliyyə
3 Fevral , 2017 12:08
AMB 150 mln. manat vəsait cəlb edib

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

"Report" quruma istinadən xəbər verir ki, hərracda 150 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan təxminən 27% çox - 190,35 mln. manat olub. 

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% olub.

Son xəbərlər

Orphus sistemi