Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib Hərrac zamanı toplanmış sifarişlər emitent tərəfindən təmin edilməyib
Maliyyə
26 İyul , 2016 18:01
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Bakı. 26 iyul. REPORt.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 364 gün olan, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. "Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 5 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 7 065 100 manat təşkil edib. Sifarişlər 83,4095 AZN (20,00%)-89,3119 AZN (12,033%) qiymət intervalında təqdim edilib.

Hərrac zamanı toplanmış sifarişlər emitent tərəfindən təmin edilməyib.

Bu gün həmçinin Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 15 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 25 240 600 manat təşkil edib. Sifarişlər 88,1630 AZN (27,1492%)-97,1150 AZN (6,007%) qiymət intervalında təqdim edilib. 

Hərracın zamanı toplanmış sifarişlər üzrə kəsmə qiymət 94,8851 AZN (10,9003%), ortaölçülmüş qiymət 96,2368 AZN (7,9071%) səviyyəsində emitent tərəfindən müəyyən edilib. Hərrəcın yekunları üzrə, istiqrazların nominal qiymətlə reallaşdırılmış həcmi 4 781 600 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 24 yanvar 2017-cı ildir.

Son xəbərlər

Orphus sistemi