Yuxarı
    Bağlamaq

    Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərracda tələb təklifi 2 dəfə üstələyib

    Bu barədə Bakı Fond Birjası məlumat yayıb

    Bakı. 20 sentyabr. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC-də (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014516 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

    Bu barədə "Report"a BFB-dən bildirilib. 

    Məlumata görə, hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 19 349 500 manat təşkil edib. Sifarişlər 82,0500 manat (21,9974%) və 88,9699 manat (12,4658%) qiymət intervalında təqdim edilib.

    Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 85,5450 manat (16,9906%), orta ölçülmüş qiyməti 86,7330 manat (15,3806%) təşkil edib.

    Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.09.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 19.09.2017-cı ildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi