Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin birgə iştirakı ilə Azərbaycan Prezidentinin 2019-cu il 3 may tarixli fərmanı ilə yeni tərkibi təsdiqlənmiş Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın ilk iclası keçirilib.
Maliyyə
21 May , 2019 16:52
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin birgə iştirakı ilə Azərbaycan Prezidentinin 2019-cu il 3 may tarixli fərmanı ilə yeni tərkibi təsdiqlənmiş Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın ilk iclası keçirilib.

Fonddan “Report”a verilən məlumata görə, iclasda hasilatın pay bölgüsü sazişlərinin (HPBS) açıqlanması, HSŞ Komissiyasının 2019-cu il üzrə fəaliyyət planı, 2018-ci il üzrə hesabatların əhatə dairəsi və hesabatlılıq müddətləri, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsi layihəsini icra edən məsləhətçilər tərəfindən görülmüş işlərə dair məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Görüşdə üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2018-ci il üzrə HSŞ hesabatın hazırlanması üzrə İşçi Qrupun yaradılması qərara alınıb və HSŞ hesabatını hazırlayacaq Müstəqil Auditorun seçimini tənzimləyən Şərtlər Toplusu və hesabat formaları müzakirə edilərək təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi