Gürcüstanın maliyyə naziri: "Larini dollara nisbətən qiymətləndirmək düzgün deyil"

Gürcüstanın maliyyə naziri: "Larini dollara nisbətən qiymətləndirmək düzgün deyil" Bakı. 14 noyabr. REPORT.AZ/ Gürcüstanın milli valyutası olan lari dollara nisbətən yox, inflasiyaya görə qiymətləndirilməlidir.
Maliyyə
14 Noyabr , 2018 13:23
Gürcüstanın maliyyə naziri: Larini dollara nisbətən qiymətləndirmək düzgün deyil

Bakı. 14 noyabr. REPORT.AZ/ "Gürcüstanın milli valyutası olan lari dollara nisbətən yox, inflasiyaya görə qiymətləndirilməlidir".

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu 2019-cu il dövlət büdcəsi layihəsini parlamentə təqdim edərək nitq söyləyən maliyyə naziri İvane Maçavariani deyib.

“Bir daha söyləyirəm: hər şeyi larinin dollara görə məzənnəsinin dəyişkənliyi əsasında qimyətləndirmək çox xatalıdır. Biz inflyasiyanı yaddan çıxarırıq, halbuki inflyasiya proqnoz həddindən kənara çıxıb. Əslində, anlayışlar dəyişib, iki fərqli məsələni bir-birinə qarışdırıblar. Dəyişkən məzənnə siyasəti davam etdiriləcək”, – nazir vurğulayıb.

Qeyd edək ki, bir aydan çoxdur lari əsas valyutalara nisbətən ucuzlaşmaqda davam edir. Noyabrın 8-də 1 ABŞ dollarının 2,7656 lariyə dəyişdirilirməsi bu mənada rekord olub. Hazırda Gürcüstan Milli Bankının məzənnəsi 2,7155 GEL/1 USD səviyyəsindədir.

Son xəbərlər

Orphus sistemi