Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Gürcüstanın Azərbaycana borcu açıqlanıb Tbilisi. 13 noyabr. REPORT.AZ / Gürcüstanın Azərbaycana 7,976 mln. dollar həcmində borcu var.
Maliyyə
13 Noyabr , 2018 19:01
Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Tbilisi. 13 noyabr. REPORT.AZ / Gürcüstanın Azərbaycana 7,976 mln. dollar həcmində borcu var.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bu il oktyabrın 31-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları  hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu müvafiq olaraq 15,297 mln. dollar, 63,567 mln. dollar və 9,023 mln. dollar təşkil edir.

Son xəbərlər

Orphus sistemi