Yuxarı

Gürcüstan Milli Bankı uçot dərəcəsini sabit saxlayıb

Gürcüstan Milli Bankı uçot dərəcəsini sabit saxlayıb

Bu gün Gürcüstan Milli Bankının Monetar Siyasət Komitəsinin növbəti iclası keçirilib. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iclasda uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub. 

Tənzimləyici qurum bəyan edib ki, ötən ay Gürcüstanda illik inflyasiya 7% təşkil edib, nominal effektiv məzənnənin azalması və digər amillər inflyasiyaya əhəmiyyətli təsir göstərib. Bu ildən qiymət artımının illik tempinin azalacağı gözlənilir. 

Monetar Siyasət Komitəsinin növbəti iclası martın 18-də keçiriləcək.

Qeyd edək ki, Gürcüstan Milli Bankı qonşu ötən ilin sentyabr ayından başlayaraq pul siyasətini sərtləşdirməyə başlayıb, uçot dərəcəsini 6,5%-dən 9%-ə çatdırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi