"​Günəşli" yatağındakı qəzada həlak olmuş neftçilərə görə sığorta ödənişi davam edir

"​Günəşli" yatağındakı qəzada həlak olmuş neftçilərə görə sığorta ödənişi davam edir Bu barədə "PAŞA Həyat Sığorta” şirkətindən bildirilib
Maliyyə
9 Avqust , 2016 14:28
​Günəşli yatağındakı qəzada həlak olmuş neftçilərə görə sığorta ödənişi davam edir

Bakı. 9 avqust. REPORT.AZ/ Ötən ilin dekabr ayında "Günəşli" neft yatağındakı qəza nəticəsində həlak olmuş neftçilərin ailə üzvlərinə sığorta ödənişinin verilməsi davam etdirilir. Bu barədə "Report"a “PAŞA Həyat Sığorta” ASC-nin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər həyatını itirmiş 33 neftçidən 14-nün faydalanan şəxslərinə, yəni ailələrinə sığorta ödənişi həyata keçirilib: "Qalan 19 nəfərin sığorta ödənişi isə məhkəmə orqanlarının itkin düşən şəxslə bağlı çıxardığı yekun qərardan sonra veriləcək. Bu sahədə heç bir problem yoxdur və ödənişlər vaxtında həyata keçirilir”.

E.Hüseynquluyev həmçinin bildirib ki, qəza nəticəsində xəsarət almış 27 neftçidən peşə əmək qabiliyyətini itirmiş 6 nəfərə sığorta ödənişləri verilib. Hazırda şirkətdə yaradılmış işçi qrupu tərəfindən müvafiq dövlət qurumlarından təqdim olunan sənədlər toplanılır.

Son xəbərlər

Orphus sistemi