Yuxarı

​"Günəşli" yatağında həlak olan neftçilərə görə sığorta pulu ödənilir

Mürsəl Rüstəmov: Bizə sənədləri təqdim edilmiş bütün neftçilərə görə sığorta ödənişi verilir

Bakı. 23 iyun. REPORT.AZ/ Ötən il "Günəşli" neft yatağında baş vermiş qəzada həlak olmuş neftçilərə görə sığorta ödənişlərinin verilməsinə başlanılıb. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

Onun sözlərinə görə, söhbət 12-13 nəfərdən gedir: "Bizə sənədləri təqdim edilmiş bütün neftçilərə görə sığorta ödənişi verilir. Konkret məbləğ yoxdur, işçidən asılı olaraq müxtəlif məbləğlər ödənilir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi