​"Günaybank" istehlak kreditləşməsini kəskin azaldıb

​"Günaybank" istehlak kreditləşməsini kəskin azaldıb Əhalinin bankda yerləşdirdiyi əmanətlərin həcmi 41% artıb
Maliyyə
29 Aprel , 2015 10:51
​Günaybank istehlak kreditləşməsini kəskin azaldıb

Bakı. 29 aprel. REPORT.AZ/ "Günaybank" ASC aktivləri illik müqayisədə 2,4 dəfə artaraq 3,8 mln. manatdan 2015-ci il aprelin 1-nə 92,3 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 2,5 dəfə artaraq 89,1 mln. manat təşkil edib. Kredit portfelinin 99,92%-ni milli valyutada verilən kreditlər əhatə edib. İstehlak kreditləşməsində isə əksinə, kəskin azalma müşahidə olunub. İstehlak kreditlərinin həcmi 614,9 min manatdan 235,4 min manata düşüb. Həmçinin avtomobil kreditləri 15,07 min manatdan 4,5 min manatadək azalıb.

Bildirək ki, cari il aprelin 1-nə kredit portfelinin 2,32%-nin və ya 2,1 mln. manatının ödəniş vaxtı keçib.

Hesabata əsasən, Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 21,51% artaraq cari il aprelin 1-nə 12,1 mln. manata çatıb. Bunun da 57,89%-i xarici valyutada yerləşdirilib. Əhalinin əmanətləri illik müqayisədə 41,37% artaraq bu ilin I rübün sonuna 10,7 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin əksəriyyəti, 60,42%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, cari il aprelin 1-nə "Günaybank"ın məcmu kapitalı 62,7 mln. manat, nizamnamə kapitalı 64,9 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi