"Günaybank"ın Müşahidə Şurasının tərkibi dəyişib

"Günaybank"ın Müşahidə Şurasının tərkibi dəyişib Hazırda Bankın Müşahidə Şurası sədr və iki üzvdən ibarətdir
Maliyyə
29 Aprel , 2016 11:15
Günaybankın Müşahidə Şurasının tərkibi dəyişib

Bakı. 29 aprel. REPORT.AZ/ "Günaybank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. Müşahidə Şurasının üzvü Əhəd Teyyub oğlu Şirinovu Famil İlham oğlu Teymurov əvəz edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hazırda Bankın Müşahidə Şurası sədr və iki üzvdən ibarətdir. Şuranın sədri Mahmud Nadir oğlu Məmmədov, üzvləri isə Famil İlham oğlu Teymurov və Leyla Abuzər qızı Nağıyevadır.

Hazırda Bankın İdarə Heyətinin sədri Emin Nadir oğlu Ağayev, müavinləri Fəridə Arif qızı Ağayeva, Elşən Efsir oğlu Süleymanov, Azad Əlmirzə oğlu İbadovdur. 

Xatırladaq ki, sədrin I müavini Şajir Abdulla oğlu Abdullayevin yerinə hələ təyinat yoxdur.

Son xəbərlər

Orphus sistemi