"Günaybank"ın mərkəzləşmiş borcu 3 dəfəyə yaxın artıb

"Günaybank"ın mərkəzləşmiş borcu 3 dəfəyə yaxın artıb Bu barədə bankın maliyyə hesabatında bildirilir
Maliyyə
14 Noyabr , 2016 14:57
Günaybankın mərkəzləşmiş borcu 3 dəfəyə yaxın artıb

Bakı. 14 noyabr. REPORT.AZ/ "Günaybank" ASC-nin Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi 2016-cı il oktyabrın 1-nə 19,1 mln. manat təşkil edib. 

Bu barədə "Report" bankın maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,58 dəfə çoxdur.

Xatırladaq ki, "Günaybank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 mln. manatdır. Bankın səhmləri 9 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi