"Günaybank"ın aktivləri son bir ildə iki dəfədən çox artıb

"Günaybank"ın aktivləri son bir ildə iki dəfədən çox artıb Kredit portfelinin 2,4%-nin ödəniş vaxtı keçib
Maliyyə
2 Noyabr , 2015 16:59
Günaybankın aktivləri son bir ildə iki dəfədən çox artıb

Bakı. 2 noyabr. REPORT.AZ/ "Günaybank" ASC-nin aktivləri illik müqayisədə 2,2 dəfə artaraq cari ilin oktyabrın 1-nə 94,6 mln. manat təşkil edib. "Report"un banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 96,9% artaraq 89,5 mln. manat olub. Kredit portfelinin 0,29%-i və ya 263,4 min manatı istehlak kreditləşməsinin payına düşüb.

Hesabata əsasən, cari il oktyabrın 1-nə kredit portfelinin 2,36%-nin və ya 2,1 mln. manatının ödəniş vaxtı keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmində 3,3% artım müşahidə olunub.

Depozit portfeli illik müqayisədə 19,7% artaraq 13,8 mln. manata, o cümlədən əhalinin əmanətləri 95,05% artaraq oktyabrın 1-nə 12,5 mln. manata çatıb.

Qeyd edək ki, cari il oktyabrın 1-nə "Günaybank"ın nizamnamə kapitalı 64,9 mln. manat, məcmu kapitalı 63,2 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi