​"Günaybank" ilk rübü zərərlə başa vurub

​"Günaybank" ilk rübü zərərlə başa vurub Bu ilin birinci rübündə bankın gəlirləri kəskin azalıb
Maliyyə
28 Aprel , 2015 15:13
​Günaybank ilk rübü zərərlə başa vurub

Bakı. 28 aprel. REPORT.AZ/ "Günaybank" ASC bu ilin yanvar-mart aylarını 1,4 mln. manat zərərlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bank 514,2 min manat mənfəət əldə edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, birinci rübdə bankın gəlirləri 2,27 dəfə azalaraq 2,0 mln. manatdan 861,3 min manata, o cümlədən qeyri-faiz gəlirləri əvvəlki 10,9 min manatdan -1,1 mln. manata düşüb. Faiz gəlirləri isə 2,08% artaraq 1,985 mln. manat təşkil edib.

Birinci rübdə xərclər ötən ilin müvafiq dövrünə nisbətən 12,09% azalaraq aprelin 1-nə 409,4 min manat, o cümlədən faiz xərcləri 16,40% azalaraq 293,7 min manat təşkil edib. Qeyri-faiz xərcləri isə 1,15% artaraq 115,7 min manat olub.

Qeyd edək ki, bu ilin aprelin 1-nə "Günaybank" ASC-nin aktivləri 92,3 mln. manat, nizamnamə kapitalı, 64,9 mln. manat, məcmu kapitalı 62,7 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi