"Günaybank" ilk rübü mənfəətlə başa vurub

"Günaybank" ilk rübü mənfəətlə başa vurub Bankın gəlir və xərcləri 70%-dən çox artıb
Maliyyə
21 Aprel , 2016 09:42
Günaybank ilk rübü mənfəətlə başa vurub

Bakı. 21 aprel. REPORT.AZ/ "Günaybank" ASC cari ilin birinci rübündə 2 015,82 min manat həcmində mənfəət əldə edib. "Report"un verdiyi xəbərə görə, Bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,7% artaraq 1 538,95 min manata, xərcləri 72,6% artaraq 706,57 min manata çatıb.

Hesabata əsasən, bu müddətdə Bankın faiz gəlirləri 29,12% azalaraq 1 406,80 min manata enib. Birinci rübdə bankın qeyri-faiz gəlirləri 132,15 min manat olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici -1 123,44 min manat təşkil edib. Faiz xərcləri 81,7% artaraq 533,72 min manata, qeyri-faiz xərcləri 49,4% artaraq 172,85 min manata yüksəlib.

Qeyd edək ki, "Günaybank" ötən ilin birinci rübünü 1 418,407 min manat zərərlə başa vurub.

Son xəbərlər

Orphus sistemi